Sülh sazişi ilə bağlı Ermənistan hakimiyyətində yekdil fikir yoxdur  - Rauf Qurbanov

17:34 28.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Mən bu halı Ermənistan hakimiyyətində mövcud olan ziddiyət kimi dəyərləndirirəm və bu baxımdan da Soçi görüşündən məsələnin həlli  ilə əlaqədar konkrek bir irəlləyiş gözləmirəm”.

Bunu hafta.az-a Azərbaycan KP MK-nın sədri Rauf Qurbanov Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşü öncədi Qarabağla bağlı bəyanatlarına diqqət çəkərkən bildirib.

R.Qurbanov xatırladıb ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunun iclasında politoloq Aleksandr İskəndəryanın Qarabağla əlaqədar verdiyi sualı cavablandırarkən bir daha qeyd etdi ki,  Qarabağ probleminin dinc  yolla  həlli  məsələsində,  Rusiya dövlətinin mövqeyi aydındır.

“Vladimir Putin bidirib ki, sülh müqaviləsi imzalanmalı  və eləcə də sərhədlərin delimitasiya və demorkasiya məsələləri həll olunmalıdr.

“Rusiya  regionda sülhün və sabitliyin tərəfdarıdır, bu məsələ ilə əlaqədar  hansı variantın seçilməsi isə  Ermənistan xalqının və rəhbərliyinin daxili  işidir”-Putin deyib.

Vladimir Putin məsələyə daha da aydınlıq gətirərək qeyd edib ki, “Biz tərəflərin heç birinə  nəyi isə  məcbur etmək fikrində deyilik.  Ermənistana da diktə edə bilmərik və belə bir niyyətimiz də yoxdur. Əgər erməni xalqı və indiki Ermənistan rəhbərliyi hesab edirsə ki, bu sülh müqaviləsinin hansısa konkret variantını seçmək lazımdır. Məsələn, Vaşinqton variantını,  o da  Azərbaycanın bütün Qarabağ üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Əgər Ermənistan belə düşünürsə, biz erməni xalqının bu seçiminə dəstək verəcəyik.”

Rusiya prezidenti  çıxışının sonunda qeyd edib ki,  “Ermənistan bizim strateji tərəfdaşımız, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın özünün nə təklif edəcəyinə diqqət yetirəcəyik”.

R.Qurbanov  qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevdən fərqli olaraq Ermənistan Baş naziri Nikol Paşinyan iqtidarı müstəqil siyasət aparmır.  Qərb institutlarının maliyə dəstəyi ilə hakimiyyətə gəlmiş bu şəxs  ağalarının tapşırıqlarını icra etməklə məşğuldur. Bu da öz xalqına qarşı xəyanət və erməni ictimaiyyətini qərbin girovuna çevirməkdir.

“Dünən Ermənistan parlamentinin  müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan bəyan edib ki, onlar sülh sazişində maraqlıdılar, lakin bunun delimitasiya və demarkasiya ilə eyni vaxtda həyata keçirmək mümkün deyil. Halbuki, Koçaryandan bir gün əvvəl Paşinyan qeyd etmişdi ki, bu ilin sonuna qədər delimitasiya işlərini bitirmək olar. Bu məqamda məsələnin görünən tərəfi ondan ibarətdir ki,   Azərbaycanla sərhədlərin nizama salınmasında və o cümlədən sülh sazişinin imzalanmasında Ermənistan hakimiyyətində yekdil fikir yoxdur. Məhz bu da  yuxarıda qeyd etdiyim kimi Ermənistan iqtidarının müstəqil siyasət aparmadığının məntiqi  göstəricisidir”. 

Siyasət rubrikasından digər xəbərlər